“Murat Rəis” sualtı gəmisinin komanda idarəetmə sistemləri HDQ-yə təhvil verilib

283

Türkiyənin Yeni Tip Dənizaltı layihəsi çərçivəsində inşa edilən üçüncü sualtı gəminin komanda idarəetmə sistemləri sifarişçiyə çatdırılıb.

“Azeri Defence”nin məlumatına görə, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin (SSB) sədri İsmail Dəmir özünün rəsmi sosial media hesabında deyib.

İsmail Dəmir bildirib ki, inşa edilməkdə olan “Murat Rəis” adlı 3-cü sualtı gəminin yerli şirkət tərəfindən hazırlanan komanda idarəetmə sistemləri Türkiyənin Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.

Onun sözlərinə görə, bundan əvvəlki digər 2 sualtı gəmidə olduğu kimi “Murat Rəis” dənizaltının da dizayn işlərinin həyata keçirilməsində və avadanlıqlarının istehsalında Türkiyənin bir çox şirkəti iştirak edib.