BP Azərbaycanda təhsilin inkişafına dəstək layihələrini davam etdirir

51

BP və tərəfdaşları Azərbaycanda təhsilin inkişafına dəstək çərçivəsində iri sosial layihələr həyata keçirməkdə davam edirlər.

“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 3-də təhsilə dəstək yönündə daha bir layihənin uğurlu yekunlarına həsr olunmuş virtual tədbir keçiriləcək.

BP və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, “Petronas”, MOL, “LUKoil”, “NICO”, “Equinor”, “Inpex”, “ExxonMobil”, “SGC”, “Itochu”, “ONGC”, “TOTAL”, “Eni” aztəminatlı ailələrdən olan 100-ə yaxın gəncin hər il universitetlərə hazırlaşmasını maliyyələşdirir. “Gələcəyini Qur” adlı bu layihə dörd ildir ki, davam edir. Onun iştirakçıları 11-ci sinif şagirdləri və eləcə də fiziki imkanları məhdud olan, yaxud xüsusi qayğıya ehtiyacı olan orta məktəb məzunlarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır