“CMA CGM” şirkətinin üçüncü konteyner gəmisi istifadəyə verilib

56

“CMA CGM” şirkətinin LNG ilə çalışan 23 min TEU tutumu olan üçüncü konteyner gəmisi istismara verilib.

“Seanews.az” xəbər verir ki, “Palais Royal” adlı gəmi şirkətin LNG ilə çalışan sayca 26-cı gəmisidir.

Çinin “Hudong Zhonghua” gəmiqayırma zavodunda inşa edilmiş gəminin uzunluğu 400, eni 61 metr, göyərtəsinin sahəsi isə 23.9 min kv/metrdir.

İkiyanacaqlı mühərrik ilə təchiz olunmuş gəminin LNG mühərriki 18.6 min kub metr yanacaq tutur.

“Palais Royal” gəmisi də şirkətin digər bir neçə gəmisi kimi Asiya-Avropa marşrutu üzrə istismar ediləcək.