ABŞ-da ehtiyatların artması məlumatı fonunda neft ucuzlaşır

44

Çərşənbə günü səhər saatlarında dünya bazarlarında neftin qiyməti Amerika Neft İnstitutunun (API) ABŞ-da xammal ehtiyatlarının gözlənilməz artımı barədə məlumatları fonunda azalıb.

“Report” xəbər verir ki, bunu sövdələşmə məlumatları göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 09:02-də “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 0,78% ucuzlaşaraq bir barel üçün 47,05 ABŞ dollarına, WTI markalı neftin yanvar fyuçersləri isə 0,92% dəyər itirərək bir barel üçün 44,14 ABŞ dollarına düşüb.

Sövdələşmə iştirakçıları API-ın son məlumatlarını əldə “bayraq tuturlar”. Belə ki, İnstitut ABŞ-ın neft ehtiyatlarının keçən həftə 4,15 milyon barel artdığını bildirib, halbuki analitiklər 2,3 milyon barel həcmində azalma gözləyirdilər. ABŞ Energetika Nazirliyinin rəsmi məlumatları bu gün axşam açıqlanacaq. Analitiklər nazirliyin ehtiyatların 2,36 milyon barel azaldığını açıqlayacağını təxmin edirlər.

İnvestorlar həmçinin OPEC+ sazişi üzrə mövcud azalma kvotalarının saxlanılıb-saxlanılmayacağı ilə bağlı ittifaqın qərarlarını gözləyərək hərəkət etməyə davam edirlər. Xatırladaq ki, OPEC nazirlər iclası dekabrın 1-dən dekabrın 3-nə təxirə salınmışdı.

“OPEC+ alyansının razılıq əldə edə bilməyəcəyi ehtimalı yüksəkdir”, – “Reuters” agentliyi ANZ analitiklərinin fikrini yayımlayıb. Onlar həmçinin qeyd ediblər ki, alyansın hasilatla bağlı hazırkı azalma səviyyəsinin müddətini uzadılmasa, yeni koronavirus dalğası və növbəti karantin məhdudiyyətləri səbəbi ilə gələn ilin ilk yarısında neft bazarındakı artıqlıq gündəlik 1,5-3 milyon barelə çata bilər.