On dörd dövlətdən ibarət qrup dayanıqlı okean iqtisadiyyatını qurmağı öhdəsinə götürür

43

Portuqaliyanın Baş naziri ilə birgə 14 Dövlət və Hökumət Başçısının daxil olduğu dayanıqlı okean İqtisadiyyatı üzrə yüksək səviyyəli qrup okeanın “sağlamlığını bərpa etməyi” öz öhdələrinə götürüb.

AZƏRTAC xəbər verir ki, “Dayanıqlı okean iqtisadiyyatında yeniləşmə” adlı yüksək səviyyəli qrupun məlumatında deyilir: “Zəngin qida məhsullarına malik olan, sahil icmalarının imkanlarını genişləndirən, şəhərlərin inkişafına zəmin yaradan, malların daşınması və qlobal problemlərin həlli istiqamətində ən yeni üsulların tətbiq olunduğu okean mühitinin sağlamlığını qorumaq və bərpa etmək çox vacibdir. Bu gün, iqlimin dəyişməsi, oksidləşmə, okeanların istiləşməsi, dənizlərin çirklənməsi, balıqların tutulması və onların öz yaşayış yerlərini, bioloji müxtəlifliklərini itirməsi ilə bağlı təcili tədbirlərin görülməsinə ciddi ehtiyac duyulur”.

Qrupun tərkibinə Baş nazirlər: Portuqaliyadan Antoniu Koşta, Avstraliyadan Skott Morrison, Fidcidən Frenk Mbainimarama, Yamaykadan Endryu Xolness, Yaponiyadan Ösixide Suqa və Norveçdən Erna Sulberq daxildir. Qeyd edək ki, Çili, Qana, İndoneziya, Keniya, Meksika, Namibiya, Palau prezidentləri də bu qrupun üzvləridir.

Hökumət başçılarının sözlərinə görə, COVID-19 pandemiyası bu kimi qlobal problemlərin həlli istiqamətində birlikdə çalışmağın zəruriliyini ortaya qoymaqla yanaşı, inkişaf etməkdə olan ölkələrə qarşı maliyyə təzyiqini də gücləndirib. 2025-ci ilədək milli yurisdiksiya altında olan okeanın akvatoriyasını tam rasional idarə etmək, 2030-cu ilədək isə, vəhşi balıq ehtiyatlarını tarazlamaq, sabit akvakultura yetişdirmək və tullantıları minimuma endirmək nəzərdə tutulur.

Bundan əlavə, dövlət başçıları növbəti onillikdə okean enerjisinin böyük bir enerji mənbəyinə çevriləcəyinə, sahil və okean turizminin inkişaf edəcəyinə, dəniz nəqliyyatına qoyulan sərmayələrin təsir səviyyəsi aşağı olan sıfır emissiyalı gəmilərə keçidi sürətləndirəcəyinə, dəniz dibindən faydalı qazıntıların hasilatının elmi cəhətdən əsaslandırılacağına və ekoloji cəhətdən davamlı olacağına ümid edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır