Azərbaycan neftinin bir barreli 49,45 dollara satılır

42

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,23 dollar geriləyərək 49,45 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır