Türkiyə səfirliyi: BTQ Şərqlə Qərb arasında bağlantını möhkəmləndirir

50

“Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Şərqlə Qərb arasında bağlantının möhkəmləndirilməsində əhəmiyyəti böyükdür”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədəTükiyənin Gürcüstandakı səfirliyindən bildirilib.

Qurum bəyan edib ki, dekabrın 4-də Türkiyədən Çinə yola düşmüş ilk ixrac qatarı artıq Gürcüstana çatıb: “Bu qatarı ən xoş arzularla Gürcüstandan Azərbaycana yola salırıq”.