ASCO Vətən müharibəsində iştirak edən əməkdaşları və onların ailə üzvlərini diqqətdə saxlayır

44

27 sentyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları və onların  ailə üzvləri də iştirak ediblər.

Torpaqlarımızın bütövlüyü naminə haqq savaşına qatılan ASCO-nun əməkaşları, habelə şəhid olmuş şəxslərin ASCO-da çalışan ailə üzvləri daim diqqət mərkəzində saxlanılıb, həmin şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif addımlar atılıb.

Bununla belə, ASCO sədri Rauf Vəliyevin əmri ilə Vətən Müharibəsində iştirak etmiş, eləcə də iştirak edərək yaralanmış əməkdaşlara,  Vətən Müharibəsində şəhid olmuş ASCO işçisinin ailə üzvlərinin birinə  və ya şəhid olmuş şəxslərin ASCO işçisi olan ailə üzvünün birinə ödəniş olunması barədə qərar qəbul edilib.

Eyni zamanda, sözügedən əmr Vətən Müharibəsində şəhid olmuş Azərbaycan Dövlət Dəniz Akademiyasında və ya Azərbaycan Dənizçilik Kollecində təhsil alan tələbənin ailə üzvlərinə də aid ediləcək.

Dənizçilər olaraq bir daha başda Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla Müzəffər Ordumuzun hər bir üzvünə təşəkkür edirik. Vətən uğrunda şəhid olan bütün əsgər və zabitlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik! Döyüşlərdə xüsusi fəallıq göstərərək, qəhrəmancasına vuruşan və qazi kimi dönən yaralılara isə şəfa arzulayırıq.

Mənbə:https://asco.az/