Çində 2 yük gəmisinin toqquşması nəticəsində 3 nəfər ölüb, 5 nəfər itkin düşüb

45

Çinin Yantzı çayında 2 yük gəmisinin toqquşması nəticəsində ən azı 3 nəfər ölüb, 5 nəfər isə itkin düşüb.

“Seanews.az” xəbər verir ki, Şanxay şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, hadisə dekabrın 13-də gecə saatlarında baş verib. Mühərriki sıradan çıxan xarici dövlətə məxsus yük gəmisi Çin gəmisinə çırpılıb. Nəticədə göyərtəsində 16 heyət üzvünün olduğu Çin gəmisi batıb. Dərhal hadisə yerinə xilasedicilər cəlb olunub.

Dekabrın 14-ü günortayadək 3 nəfərin cəsədi, 8 dənizçi isə sağ tapılıb. İtkin düşənlərin axtarışları davam etdirilir. Axtarış işlərinə 20 gəmi və 2 helikopter cəlb olunub

Xarici dövlətə məxsus yük gəmisinin 19 heyət üzvündən heç biri xəsarət almayıb.