Azərbaycanla Türkiyə arasında təbii qazla bağlı yeni sənəd imzalanacaq

41

Azərbaycanla Türkiyə arasında yeni memorandum imzalanacaq.

Trend-in məlumatına görə, bu məqsədlə bu gün hər iki ölkənin energetika naziri bir araya gələcək.

Nazirlər Naxçıvanın fasiləsiz təbii qazla təmin olunması üçün anlaşma memorandumu imzalayacaqlar.

Qarabağ işğaldan azad edildikdən sonra Naxçıvanın təbii qaz ehtiyacı Iğdır-Naxçıvan təbii qaz kəməri vasitəsilə təmin ediləcək.

Layihənin icrası BOTAŞ və SOCAR-a həvalə olunacaq.