Bu il Azərbaycanın idxal və ixrac etdiyi məhsulların dəyəri açıqlanıb

42

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 182 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 107 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal olunub.

Trend-in məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 19 milyard 894,2 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 11 milyard 126,8 milyon dollarını və ya 55,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 8 milyard 767,4 milyon dollarını (44,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 2 milyard 359,4 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 27,5 faiz, real ifadədə 21,7 faiz, o cümlədən idxal 37,6 faiz, ixrac isə 10,4 faiz azalıb.

2020-ci ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 8,2 faiz, real ifadədə isə 17,7 faiz azalaraq 1 milyard 444,4 milyon dollar təşkil edib.