Misirin İskəndəriyyə şəhərindəki limanda baş vermiş yanğın söndürülüb

42

Anbarda baş vermiş yanğının söndürülməsi 6 saat vaxt aparıb.

“Seanews.az” xəbər verir ki, dekabrın 14-də limandakı anbarda başlamış yanğın 16 yanğınsödürən briqadanın iştirakı ilə söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli anbarın bir hissəsi dağılıb. Xəsarət alan yoxdur.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.