Təcrübəli kapitan Teymur İsmayılov vəfat edib

109

“AzərbaycanXəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Geofizik-1” gəmisinin təcrübəli  kapitanı Teymur İsmayılov vəfat edib.

Teymur İsmayılov 25 yanvar 1962-ci ildə Ağdaşda anadan olub. O, ömrünün böyük hissəsini dənizçiliyə həsr edib.

1982-ci ildə Bakı Dəniz Yolları Məktəbinin Gəmi sürücülüyü ixtisasını bitirib. Əmək fəaliyyətinə 1983-cü ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində  matros vəzifəsindən başlayıb. Sonrakı illərdə Gəmiçiliyin ayrı-ayrı gəmilərində müxtəlif vəzifələrdə fəaliyyətini davam etdirib. 2016-cı ildə kapitan vəzifəsinə yüksəlib.

Teymur İsmayılov mehribanlığı və işgüzarlığı ilə ətrafında olan insanların və kollektivin böyük rəğbətini qazanıb. Elə buna görə də onun əziz xatirəsi daim yaşayacaq və hər zaman ehtiramla yad olunacaq.

Allah rəhmət eləsin!