Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımalar artıb

43

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 5 437,8 min ton yük daşınıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, daşınmış yüklərin 34%-i neft yükləri təşkil edib.

Məlumata görə, hesabat dövründə dəniz limanları tərəfindən 7 809,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib, yüklərin 7 335 tonunu və ya 93,9%-i tranzit yüklər təşkil edib.

“2020-ci il dekabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 218,8 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 2% azalaraq 19,2 min nəfər olub”, – məlumatda deyilir.