Xəzər dənizində və Mingəçevirdə zəlzələ olub

38

Ölkə ərazisində iki zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 05:18-də Mingəçevir stansiyasından 21 km şimal-qərbdə, Mingəçevir rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Digər zəlzələ isə Xəzər dənizində olub.

Zəlzələ saat 05:26-da Qala stansiyasından 28 km şərqdə, Xəzər dənizində qeydə alınıb.

Zəlzələnin maqnitudası 3.1, dərinliyi 62 km olub.