“Cəsur döyüşçü” medalı ilə təltif olunanlar arasında dənizçilər də var

72

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Vətən müharibəsində iştirak edən bir qrup hərbi qulluqçunun “Cəsur döyüşçü” medalı ilə təltif olunması barədə Sərəncam imzalayıb.

Sərəncamla təltif edilənlər arasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının “Professor Əziz Əliyev” gəmisinin ikinci mexaniki, leytenant Dəryanur Heybətov və ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi Ülvi Məlikovun adları da var.

Dənizçilər ailəsi adından həmkarlarımızı bu yüksək mükafata layiq gördüyü üçün Ali Baş Komandan, cənab İlham Əliyevə təşəkkürümüzü bildirir, Dəryanur Heybətov və Ülvi Məlikovu təbrik edirik.

Eşq olsun Azərbaycan Ordusuna!

seanews.az