ADDA Vətən müharibəsinin iştirakçılarına güzəştlər edəcək

93

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi Şurasının növbəti iclası keçirilib.

Elmi Şuranın gündəliyində  duran məsələlərdən biri də ADDA rektoru Heydər Əsədovun Elmi Şuraya təqdim etdiyi şəxsi təşəbbüsü olub. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsində iştirak etmiş tələbələrimizin böyük igidlik göstərdiklərini və dövlətimizin mənafelərinin təmin olunmasında xidmətlərini nəzərə alaraq, onların akademik borclarının ləğvində güzəştlər nəzərdə tutulub. Təklifdə həmin tələbələrin akademik borclarının ləğvi üçün fənni dinləmədən imtahana buraxılması, həmçinin onların akademik borclara görə kredit ödəmələrindən azad olunması öz əksini tapıb. Vətən müharibəsində iştirak etmiş tələbələrimiz ehtiyac yarandığı təqdirdə yataqxana ilə də ödənişsiz təmin olunacaqlar.

Təklif Elmi Şura üzvləri tərəfindən müsbət qarşılanıb və yekdilliklə qəbul olunub.