CMS-in əməkdaşı “Cəsur döyüşçü” medalı ilə təltif edilib

67

Caspian Marine Services B.V. şirkətində Sahə nəzarətçisi vəzifəsində çalışan Elnur Əsgərov könüllü olaraq qatıldığı ordu sıralarındakı xidmətdən tərxis olunub.

Elnur Əsgərov Azərbaycan Prezidentinin 18 dekabr 2020-ci il tarixli sərəncamına əsasən  “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

O, 13 oktyabr 2020-ci il tarixində Suqovuşan istiqamətində gedən döyüşlər zamanı düşmənin atdığı minaatan mərmisinin içində olduğu avtomobil texnikasının yanına düşməsi nəticəsində yaralanaraq xəsarət alıb, buna baxmayaraq yarası sağalandan dərhal sonra yüksək əzmkarlıq və mərdlik göstərərək yenidən ordu sıralarına qayıdıb.

CMS şirkətinin öz həmkarları ilə bağlı yaydığı məlumatda bildirilir ki, bütün kollektiv adından  Elnur Əsgərova dərin təşəkkürümüzü bildirir, ona möhkəm cansağlığı, ailəsində xoşbəxtlik və bütün işlərində uğurlar arzu edirik. Fəxr edirik ki, vətənimizin keşiyində duran belə igid övladları var! Məhz bu igidlik, mərdlik, birlik sayəsində biz düşmən üzərində möhtəşəm qələbə qazandıq.

Allahdan bütün yaralı qazilərimizə şəfa, şəhid olan əsgər və zabitlərimizə rəhmət diləyirik!