Rusiyada qadınların dənizdə işləməyinə icazə verilib

48

Rusiyada artıq qadınlar gəmidə matros, bosman və şkiper vəzifələrində işləyə biləcəklər.

“Seanews.az” xəbər verir ki, gəmidə qadınların işləməyinə qoyulan qadağa aradan qaldırılsa da, onların maşın şöbəsində işləməsinə hələ də icazə verilmir.

Rusiya Əmək Nazirliyinin qəbul etdiyi qərar əsasən, qadınların çalışması üçün qadağan edilən sahələrin siyahısı 400-dən 100-ə endirilib. 

Qadınlar üçün qadağan olunan sahələrə mədənçilik, metal emalı, qazma, kimyəvi maddələr, neft və qaz sahələri daxildir. Bundan əlavə, qadınların qara və rəngli metallurgiya, radiotexnika və elektron istehsalı, təyyarələrin istehsalı və təmiri, gəmiqayırma və gəmi təmiri kimi sahələrdə fəaliyyətinə icazə verilmir.

Nazirliyin qəbul etdiyi qərar 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.