Xəzərdə böyük buz qalıqlarının yaranmasının səbəbi iqlim dəyişmələridir – Ramiz Məmmədov

71

Bu il Xəzər dənizində böyük buz qalıqlarının əmələ gəlməsinin səbəbi müasir iqlim dəyişmələridir.

Trend-in məlumatına görə, bunu AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, son günlər Rusiyanın Avropa hissəsinin cənubunda kəskin şaxtalar qeydə alınıb və əvvəlcə Azov dənizi, sonra isə Xəzər dənizinin şimalı donmağa başlayıb.

O, Xəzər dənizinin şimal hissəsinin, yəni Çeçen adasından Aktau şəhəri boyunca suların hər il noyabr ayında donmağa başladığını bildirib. Donmaların bəzi hallarda gecikdiyini deyən alim bunun ənənəvi hal olduğunu vurğulayıb.

“Bu il böyük buz qalıqlarının əmələ gəlməsinin səbəbi müasir iqlim dəyişmələridir. İqlim dəyişmələri nəticəsində tez-tez belə şaxtalı halları, yaxud da yayda kəskin isti günləri görmək olacaq. İnsanlar belə ekstremal hallara hazır olmalıdır”.

Xəzərdə böyük buz qalıqlarının yaranmasının səbəbi iqlim dəyişmələridir - Ramiz Məmmədov - Gallery Image