Çində təbii qaz yatağı kəşf edilib

66

Çinin Sincan Uyğur Muxtar Bölgəsində böyük təbii qaz yatağı kəşf edilib.

“Report” “Xinhua”ya istinadən xəbər verir ki, bölgənin şimalındakı Cunqar hövzəsinin cənub hüdudlarının ortasında 156 kvadratkilometrlik sahədə yerləşdiyi hesablanan və ehtiyatları 109 milyard kubmetr həcmində dəyərləndirilən yeni yataq “PetroChina” dövlət şirkəti tərəfindən aşkarlanıb.

Bu barədə cümə günü bildirən şirkətin yerli bölməsinin baş meneceri Huo Cin yeni yataqdan gündəlik 610 min kubmetr təbii qaz və 106,3 kubmetr neft hasilatı gözlənildiyini diqqətə çatdırıb.