Səudiyyə Ərəbistanı hava, quru və dəniz sərhədlərini bağlayıb

52

Səudiyyə Ərəbistanı səlahiyyətliləri koronavirusun mutasiyasına görə beynəlxalq hava əlaqələrini tamamilə dayandırmağa, quru sərhədlərini və dəniz limanlarını bağlamağa qərar verib.

“Seanews.az” xəbər verir ki, məhdudiyyət bir həftə ərzində qüvvədə olacaq.

Hökumət Səhiyyə Nazirliyinin bir sıra ölkələrdə yeni koronavirus ştamının yayılması ilə əlaqədar məlumatlarına əsaslanaraq, bu virusun mahiyyəti barədə məlumatlar aydınlaşana qədər əhalinin təhlükəsizliyini təmin etmək üçün xüsusi hallar istisna olmaqla bütün beynəlxalq uçuşların dayandırılmasına qərar verib