Bu il ADY tərəfindən 13 milyon tondan çox yük daşınıb

66

Bu il Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 13 290 milyon ton yük daşınıb.

Bu badərə Trend-ə QSC-dən bildiriblər. Qeyd olunub ki, 2 608 ton daimi yükdaşımaların payına düşür:

“Bu ilin 11 ayı ərzində 13 290 milyon ton yük daşınıb. Bu müddət ərzində 4 662 milyon ton yük idxal edilib. Tranzit vasitəsi ilə 3 695 milyon ton yük daşınıb, 2 324 milyon ton yük isə, ixrac edilib”.

Xatırladaq ki, 2020-ci ilin yanvar-noyabr ayları ərzində dəmir yollarından 300 min nəfərə yaxın sərnişin istifadə edib.