Beynəlxalq Dəniz Təşkilatı Qvineya körfəzindəki vəziyyəti müzakirə etmək üçün toplantı keçirəcək

63

Qvineya körfəzindəki vəziyyəti müzakirə etmək üçün yaradılan işçi qrupunun ilk toplantısı cari ilin mayında keçiriləcək.

“Seanews.az” xəbər verir ki, toplantının əsas mövzusu sözügedən ərazidə getdikcə aktivləşən dəniz quldurları barədə olacaq.

Təşkilatın baş katibi Kitak Lim bütün tərəfləri Qvineya körfəzindəki quldurluq problemi ilə mübarizə aparmağa, gəmilərin və dənizçilərin qaçırılma riskini azaltmaq üçün təşkilatın tövsiyələrini və qaydalarını yerinə yetirməyə çağırıb.