Doktorant və dissertantların nəzərinə!

101

İddiaçıların ixtisas üzrə fəlsəfə doktoru imtahanında

iştirak etmələri üçün qeydiyyat elan edilir

            Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası” təsdiq edilmişdir və fəlsəfə doktoru imtahanları 2021-ci ilin yanvar ayından etibarən “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”na uyğun olaraq təşkil edilməlidir. Qaydaya əsasən, ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanı iddiaçının seçiminə uyğun olaraq, dissertasiya işinin yerinə yetirildiyi və ya dissertasiya müdafiəsinin keçiriləcəyi elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində verilir. Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiyanın ilkin müzakirəsinə buraxılması üçün mütləq şərtdir. 

            Bu Qaydaya uyğun olaraq, iddiaçıların ixtisas üzrə fəlsəfə doktoru imtahanında iştirak üçün 18 fevral 2021-ci il tarixindən 1 mart 2021-ci il tarixinədək ərizələrin qəbulu elan edilir. İddiaçı şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunmaqla ərizə ilə ADDA-ya müraciət etməlidir.