SOCAR: Azərbaycan ayrı-seçkiliksiz bir neçə mənbədən qazın tranzitini təmin etməyə hazırdır

28

Hazırkı mərhələdə SOCAR əlavə bazarlara çıxmağı və əlavə mənbələrdən qaz tranzitini təmin eləməyə, eləcə də Azərbaycanın qaz ehtiyatlarını inkişaf etdirməyi hədəfləyib.

“APA-Economics”in “S&P Global”a istinadən verdiyi məlumata görə, bu barədə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov “Atlantic Council” tərəfindən təşkil olunmuş vebinarda deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi ayrı-seçkiliksiz bir neçə mənbədən qazın tranzitini təmin etməyə hazırdır. Gələcəkdə “Cənub Qaz Dəhlizi” (CQD) vasitəsi ilə Türkmənistan və İsraildən qazın nəqli həyata keçirilə bilər.

Nəsirov onu da qeyd edib ki, CQD-nin yaradılmasına planlaşdırılan 45 mlrd. dolların əvəzinə, 33 mlrd. dollar vəsait xərclənib.