ASCO ötən il 2 min tona yaxın metalı təkrar emala göndərib

66

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti ilə yaranan maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür.

“Report” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, 2020-ci ildə ASCO-nun gəmilərindən 102,53 m³ plastmas, 808,97 m³ qida qalığı, 659,52 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 113,755 m³ istismar tullantısı, 5,359 m³ elektron tullantı, 77 m³ neft qalığı, 5 542 m³ döşəməaltı lyal su, 98 393,8 m³ məişət-təsərrüfat çirkab suyu bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazidən kənarlaşdırılıb.

Bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 159,8 m³ çən dibində formalaşmış neftli şlam, 10,119 ton yanmış qəlib qumu, 1473,15 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 75 428,84 ton məişət çirkab suyu, 1 308 ton neftli döşəməaltı-lyal su, 175,755 ton sürtgü yağı, 4 968,502 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 1 352,2 m³ qida qalığı, 315,2 m³ polimer əsaslı və plastmas tullantı, 126,31 m³ yağlı və neftli tullantı, 117,85 m³ müxtəlif rezin tullantı, 43 ədəd akkumulyator və halvanik element, 663 ,04 m³ istismar tullantı, 15,408 m³ elektron tullantı, 8,57 m³ tibbi tullantı aidiyyatı üzrə təhvil verilib.

Bundan başqa, qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 64,37 m³ müxtəlif ölçülü əşya yığılıb təhvil verilib.

Ötən il ümumilikdə 1 866,106 ton silinmiş qara metal, 17,965 ton əlvan metal isə təkrar emala göndərilib.