Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı ilə bağlı memorandum təsdiq edilir

24

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilmək üçün Milli Məclisin plenar iclasında müzakirə ediləcək.

Trend-in məlumatına görə, sənəd parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Deputatlar Memorandumun əhəmiyyətini qeyd edərək, iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini bildiriblər. Sənəd parlamentin plenar iclasına tövsiyə olunub.