Dənizdə iş tapmaq üçün yeni portal istifadəyə verilib

22

Dünyada fəaliyyət göstərən gəmi sahiblərini və dənizçiləri əlaqələndirmək məqsədilə “Seanext” adlı yeni portal istifadəyə verilib. 

“Seanews.az” xəbər verir ki, portalda qeydiyyat ödənişsizdir. 

Yaradıcıların fikrincə, platformada işə qəbul prosesini asanlaşdıran bir sıra xüsusiyyətlər var. Xüsusilə işəgötürənlər müraciət edənləri görmək üçün mövcud axtarış filtrlərindən istifadə edərək işlərini asanlaşdıra bilərlər. Bundan əlavə, resurs HR şöbələrinə namizədlərlə yazışmağa və görüş təyin etməyə imkan verir.

Portalın yeni yaradılmasına baxmayaraq, artıq 600-dən çox dənizçi qeydiyyatdan keçib. Saytın yaradıcıları belə bir beynəlxalq mənbənin zəruri olduğunu hesab edirlər, çünki müəyyən vəzifələrə namizəd tapmaq asan deyil.