“Maersk” dünyanın ilk neytral karbonla işləyən konteyner gəmisinə sahib olacaq

72

“Maersk”  gəmilərini neytral karbon yanacağına keçirmək niyyətindədir.

“Seanews.az” xəbər verir ki, şirkət donanmasına neytral karbonla çalışan ilk konteyner gəmisini  2023-cü ildə qəbul edəcək.

2 min TEU tutumlu yeni gəmi metanolla və ya biometanolla çalışacaq. Gəmi bölgələrarası marşrutlardan birində istismar olunacaq

Qarşıya qoyulmuş məqsədləri 7 il qabaqlayan şirkətin bütün gəmiləri ikiyanacaqlı mühərriklərlə təchiz ediləcək.