ADDA-da magistratura pilləsi üzrə ənənəvi təhsil bərpa olunub

54

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında 2020/2021-ci tədris ilinin II semestrində magistratura pilləsi üzrə ənənəvi təhsil bərpa olunub.

Tələbələr fevralın 15-dən tədris prosesinə cəlb ediliblər.

Magistrlar karantin rejiminin tələblərinə ciddi riayət etməklə dərslərə qatılırlar.