Azərbaycan Gürcüstandan avtomobil idxalını azaldıb

34

Bu ilin yanvar ayı ərzində Gürcüstandan Azərbaycana 14 176,3 min ABŞ dolları dəyərində 2 029 minik avtomobili ixrac edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) hesabatında deyilir.

Bildirilib ki, Azərbaycana ixrac edilən avtomobillərin sayı ötən illə müqayisədə 1 165 vahid və ya 36,4%, dəyəri isə 18 942,7 min dollar və ya 57,1% azalıb. Belə ki, 2020-ci ilin yanvarında Gürcüstandan Azərbaycana 33 119 min dollar dəyərində 3 194 minik avtomobili ixrac edilib.