Azərbaycanın 2021-ci ildə ən çox neft ixrac etdiyi ölkələr

24

Dövlət Gömrük Komitəsi Azərbaycan xam neftinin ixrac olunduğu əsas ölkələri açıqlayıb.

Komitənin aylıq hesabatında bildirilir ki, 2021-ci ilin yanvar ayında Azərbaycan 1 milyard 359 milyon 732,8 min dollar dəyərindən xam neft ixrac edib.

İxrac həcminə görə, ənənəvi olaraq ən çox İtaliyaya 719,2 milyon ABŞ dolları dəyərində xam neft satılıb. Azərbaycanın neft ixracında daha sonrakı ilk beşliyə İspaniya (137,8 milyon dollar dəyərində), Ukraynaya (111,5 milyon dollar), Hindistan (107,7 milyon dollar) və Çin Xalq Respublikası (102,6 milyon dollar) gəlir.

Nəyə görə İtaliya daim liderdir? Caspian Barrel xatırladır ki, gömrük sənədləri rəsmiləşdirilərkən treyderlərin İtaliyanın Siciliya adasında yerləşən Auqusta terminalını qeyd edirlər. Bu baxımdan İtaliya Azərbaycan neftinin idxalçıları arasında daim liderdir. Sonradan bu terminaldan neft üçüncü ölkələrə də daşınır.

Azərbaycanın 2021-ci ilin yanvarında neftini ixrac etdiyi əsas ölkələr bunlardır: