İlin əvvəlindən Ceyhan terminalından 30 milyon bareldən çox AÇG nefti yola salınıb

16

Türkiyənin “BOTAŞ International Limited” (BIL) şirkəti bugünədək Ceyhan neft terminalından 3,601 milyard barel neft nəql edib.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Bugünədək terminaldan “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından neft daşıyan 4 700 tanker yola salınıb.

2021-ci ilin əvvəlindən Ceyhan neft terminalından 41 AÇG nefti daşıyan tanker və ya 30,1 milyon barel neft yola salınıb.