SOCAR: İndiyədək 45 əməkdaş dəniz özülləri arasında daha təhlükəsiz yerlərə köçürülüb

107

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) küləkli havanın gözlənilməsi ilə əlaqədar olaraq istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Bunu “Report”a açıqlamasında SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, açıq səthlərdə aparılan işlər dayandırılıb, idarə aparatında və sahələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub.

İ. Əhmədov bildirib ki, indiyə qədər 45 əməkdaş dəniz özülləri arasında daha təhlükəsiz yerlərə köçürülərək, əsasən Neft Daşlarına gətirilib.