“SOCAR Construction” Belarusda Mozır NEZ-də kompleks inşasını başa çatdırıb

52

Belarusda Mozır Neft Emalı Zavodunda ağır neft qalıqlarının hidrokrekinq kompleksinin (H-oil) inşasına cəlb olunan “SOCAR Construction” MMC tapşırığı vaxtında başa çatdırıb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.

“Əvvəl “SOCAR Polymer”, STAR Neft Emalı Zavodunun tikintisində iştirak etmiş həmkarlarımız bu gün digər beynəlxalq layihələrdə çalışmaqla, ölkəmiz üçün əlavə qazanc əldə edir.

Azərbaycanlı mütəxəssislərin belə bir məsuliyyətli layihədə iştirak etməsi qürurvericidir”, – məlumatda qeyd olunub.