“Grimaldi Group” şirkəti üçün 6 ədəd yeni gəmi inşa ediləcək

56

“Grimaldi Group” şirkəti Koreyanın “Hyundai Mipo Dockyard” gəmiqayırma zavodu ilə G5 sinfinə aid 6 ədəd çoxfunksiyalı ConRo tipli gəminin inşası üçün müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, layihənin ümumi dəyəri 514 milyon dollardır.

İnşa ediləcək gəmilərin uzunluğu 250, eni 38 metr, dedveyti 45.6 min ton olacaq. Gəmilər 2500 avtomobil və 2 min TEU konteyner daşımaq qabiliyyətinə malik olacaqlar.

G5 sinfinə aid gəmilər digər gəmilərlə müqayisədə daha çox tutumludur. Bu gəmilər sahildə enerji təchizatı üçün elektrik stansiyası və kükürd təmizləyici hibrid sistemlərlə təchiz ediləcək.

İstismarı 2023-2024-cü illərə planlaşdırılan gəmilər Şimali Avropa və Qərbi Afrika marşrutunda istifadə ediləcək.