Xəzər dənizinin Azərbaycan sektorunda ən sərt qış mövsümü 97 il əvvəl olub – Coğrafiya İnstitutu

106

Xəzər dənizində buzlama hadisəsi soyuq arktik hava kütlələlərinin daxil olması ilə səciyyələnir. Hazırda Xəzər dənizinin Şabran sahillərində müşahidə edilən buzların əmələ gəlməsi də bu atmosfer prosesləri ilə əlaqədardır.

Bunu Trend-ə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev deyib.

Onun sözlərinə görə, son günlərdə Rusiya ərazisində soyuq arktik hava kütlələlərinin mövcud olması və onların bizim ərazilərə daxil olması dənizin bu rayonunda buzların yaranmasına səbəb olub.

Ə.Əliyev qeyd edib ki, Xəzər dənizinin Azərbaycan sektorunda ən sərt qış mövsümü 1924- cü ildə dekabr ayının sonlarında müşaidə edilib. Güclü soyuq arktik hava kütlələrinin daxil olması nəticəsində dənizin cənub – qərb sahilində, Qızıl – Ağac körfəzi ərazisində havanın temperaturu mənfi 10 dərəcəyə, 1925-ci ilin yanvar ayının əvvəllərində isə mənfi 18 dərəcəyə enib. Nəticədə körfəzdə su kütləsinin kəskin soyuması intensiv buz yaranmasına səbəb olub. Qızıl – Ağac körfəzi ərazisində yaranan bu fövqaladə vəziyyət buradakı qoruqda qışlayan köçəri quşların kütləvi məhvinə səbəb olub. Sonrakı illərdə Xəzər dənizinin Azərbaycan sektorunda sərt qış mövsümü Abşeron yarımadası rayonunda 1949-1950, 1953-1954, 1968-1969 və 1971-1972 – ci illərin qışında müşahidə edilib. Bu illərdə Maxaçqaladan cənuba doğru dreyf edən üzən buzlar neft estakadaları ərazilərinə daxil olmuş və nəticədə neft sənayesinə küllü miqdarda ziyanlar dəyib. 11 fevral 1969-cu il tarixində Yaşma – Sumqayıt neft mədənləri ərazisində buz zolağının eni 17 – 18 km çatıb, müxtəlif cavan buz növləri Pirallahı və Qum adalari, həmçinin Şah dili ərazisində də müşahidə edilib. Dəvəçi – Giləzi dilləri arasındakı ərazidə isə dreyf edən buz parçaları 75 günə qədər müvcud olub.

Ə.Əliyev sonuncu dəfə 2012-ci ildə Xəzər dənizinin sahil zonasında donmanın müşahidə edildiyini xatırladıb,