Bakı Limanının mətbuat katibi işindən ayrıldı

49

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat katibi Nərminə Kazımlı işindən ayrılıb.

“Report” xəbər verir ki, bu barədə o, özü məlumat verib.

N.Kazımlı qeyd edib ki, bu gün Bakı Limanındakı son iş günüdür: “Bundan sonra həyatıma başqa bir şəhərdə davam edəcəyəm.

5 il ərzində sizinlə birlikdə olmaq, dostluğunuz və əməkdaşlığımız çox gözəl idi. Hər birinizə heç vaxt unutmayacağım xoş xatirələrə görə təşəkkür edirəm!

Çox sevinirəm ki, sizin kimi insanları tanımaq, birlikdə işləmək və öyrənmək kimi bir şansım oldu”.