Qazaxıstan və Azərbycan “Satti” qurğusunun quyu qazması barədə razılıq əldə edib

77

Qazaxıstanın “KMG Drilling&Services” və Azərbaycanın “Caspian Drilling Company” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Satti” qaldırıcı üzən qazma qurğusunun quyular qazması barədə Saziş imzalayıb.

Trend bu barədə Qazazıstanın “Samruk-Kazına” şirkətinin İctimaiyyətlə əlaqələr departamentinə istinadən məlumat verir.

Məlumata əsasən, qazma işləri Xəzər dənizinin SOCAR və BP-nin birgə kəşfiyyat işləri apardığı sahəsində yerinə yetiriləcək.

Xatırladaq ki, Azərbaycanın “Caspian Drilling Company” və Qazaxıstanın “KazMunayQaz” şirkətləri “Satti” qaldırıcı üzən qazma qurğusunun öhdəliyə verilməsi barədə 2019-cu ilin iyununda müqavilə imzalayıb.

“Satti” qurğusu Xəzər dənizində 80 metr dərinlikdə qazma işlərinin aparılması üçün nəzərdə tutulub.