27 Fevral təqvimdə: “Yeni Britaniya” adası kəşf olunub

48

1700-cü il fevralın 27-də ingilis dənizçisi Villiam Dampir Sakit Okeanın cənub-qərbində yerləşən “Yeni Britaniya” adasını kəşf edib.

Villiam Dampir (1652-1715) Sakit Okeanda, Yeni Qvineyanın yaxınlığında bir çox kiçik adaları və nəhayət Yeni Britaniya adasını kəşf edib. Bundan əlavə, Qərbi Hindistanda bir neçə il okeanoqrafik müşahidələr aparıb. Apardığı müşahidələr haqqında bir sıra kitablar yazan dənizçinin kəşf etdiyi adaların bəziləri onun adı ilə adlandırılıb.