Qətər Pakistana ildə 3 milyon ton LNG tədarük edəcək

74

“Qatar Petroleum” neft-qaz şirkəti Pakistanın dövlət neft şirkəti ilə mayeləşdirilimiş təbii qaz (LNG) tədarükünə dair müqavilə imzalayıb.

“Report”un xarici mətbuatına istinadən verdiyi məlumata görə, Qətər şirkəti 2022-2031-ci illərdə Pakistana ildə milyon ton LNG çatdıracaq.

Bu, Qətər və Pakistan arasında imzalanmış 2-ci eyni tipli müqavilədir. 2016-cı ildə tərəflər ildə 3,75 milyon ton LNG tədarükü üçün uzunmüddətli razılıq əldə edib.