Xəzər dənizində yeni neft yatağı kəşf edildi

92

Xəzər dənizində yeni neft ehtiyatları aşkarlanıb.

DenizXeber.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, Manqıstav əyalətində neft axtarışları ilə məşğul olan “Meridian Petroleum” şirkəti Xəzər dənizinin Qazaxıstana məxsus sektorunda yeni bir neft yatağı tapdıqlarını açıqlayıb.

“Bu neft yatağı bölgənin sosial və iqtisadi yüksəlişini gücləndirəcək və daha çox məşğulluq yaradacaq”, – əyalətin valisi Serikbay Trumov deyib.

Qeyd edək ki, Qazaxıstan neft ehtiyatlarına görə ildə 30 milyard barel istehsal həcmi ilə 11-ci yerdədir.