Doktorant və dissertantların nəzərinə!

45

2021-ci il aprelin 2, 5 və 6-da ADDA-da ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanları keçiriləcəkdir: 

        –   3319.01  “Gəmiçilik texnikası” ixtisası üzrə – aprelin 2-də saat 11.00-da 

        –   3319.02   “Gəmiçilik və su nəqliyyatının istismarı” ixtisası üzrə – aprelin 5-də saat 11.00-da;

        –   3319.03   “Gəmiqayırma və gəmi təmiri texnologiyası” ixtisası üzrə – aprelin 6-da saat 11.00-da.

             İmtahanda iştirak etmək üçün iddiaçılar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.

          İxtisas fənni üzrə fəlsəfə doktoru imtahanının müddəti 2 saat 30 dəqiqədir. İddiaçı sualları 2 saat ərzində cavab vərəqində yazılı, 30 dəqiqə ərzində imtahan komissiyasının üzvləri qarşısında şifahi qaydada cavablandırır. 

           İxtisas fənni üzrə fəlsəfə doktoru imtahanı müvafiq proqram əsasında keçirilir. Bu proqramların elektron versiyaları aşağıdakı linkdə yerləşdirilib:

https://www.wesendit.com/dl/CetPpK5Gmt4xvwQHj/f44d4a