İri buynuzlu mal-qara daşıyan gəmi geri qayıdıb

49

Göyərtəsindəki heyvanlarda xəstəlik şübhəsi ilə iki aydan çox dənizdə qalan “Karim Allah” adlı gəmi İspaniyaya qayıdıb.

“Seanews.az” xəbər verir ki, ötən il dekabrın 17-də İspaniyadan Türkiyəyə səfərə çıxmış gəminin göyərtəsində 1000-ə yaxın heyvan var.

Sağlamlıq sənədlərinin qaydasında olmasına baxmayaraq, Türkiyə hökuməti heyvanların ölkəyə daxil olmasını qadağan edib. Buna İspaniya kəndlərinin birində iribuynuzlu mal-qara arasında yayılmış “blütanq” adlı xəstəlik səbəb olub.

Hazırda baytarlar gəmidəki heyvanları müayinə edirlər.