“Azərbaycan Dəmir Yolları” ötən il tranzit yük daşımalarını 9% artırıb

50

2020-ci ildə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 14,632 milyon ton yük daşıyıb ki, bu da 2019-cu ilə nisbətən 3,8% azdır.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, yük daşımalarının 7,683 milyon tonu və yaxud 52,5%-i beynəlxalq (idxal-ixrac) daşımalar olub. Bu, illik müqayisədə 5,5% azdır.

Hesabat dövründə tranzit yük daşımları 8,85% artaraq 4,131 milyon ton, daxili yük daşımaları isə 14,6% azalaraq 2,187 milyon ton təşkil edib.