ASCO-nun Təlim Tədris Mərkəzində “DP Simulator” təlimi keçirilib

133

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzində (TTM)  “DP Simulator” təlimi keçirilib.

 Qaydalara uyğunolaraq təlimdə dörd nəfər iştirak edib. Dinləyicilər arasında Türkiyə Cümhuriyyəti vətəndaşı Şahin Duman da olub.

 İştirakçılar kursun sonunda müvəfəqqiyyətlə imtahan verərək Sertifikat əldə ediblər.

Qeyd edək ki, ASCO-nun Azərbaycan  Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzi Böyük Britaniyanın  “The Nautical İnstitute” təşkilatı tərəfindən akkreditasiya verilmiş dünyada  “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə səlahiyyəti olan 95 mərkəzdən biri, Azərbaycanda isə yeganə təşkilatdır.