Yapon dənizində 30 balıqçının olduğu Rusiyaya məxsus gəmi yanıb

46

Yapon dənizində – Askold adasının 12 milliyində 30 balıqçının olduğu Rusiyaya məxsus gəmi yanıb.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional qərargahı məlumat yayıb.

İlkin məlumatlara görə, itki yoxdur, heyət üzvləri evakuasiya edilib. 

FHN-in xilasetmə gəmisi yanğının söndürülməsinə başlayıb. 

Qeyd edək ki, Nəqliyyat Prokurorluğu tərəfindən üzgüçülük təhlükəsizliyi ilə bağlı qanunvericiliyin icrasını yoxlayır.