İlin əvvəlindən Ceyhan terminalı ilə 36 milyon bareldən çox AÇG nefti yola salınıb

46

Türkiyənin “BOTAŞ International Limited” (BIL) şirkəti bugünədək Ceyhan neft terminalından 3,609 milyard barel neft nəql edib.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Bu günədək terminaldan “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından neft daşıyan 4 711 tanker yola salınıb.

2021-ci ilin əvvəlindən Ceyhan neft terminalından 52 AÇG nefti daşıyan tanker və ya 38,1 milyon barel neft yola salınıb.