Qazaxıstana məxsus konteyner gəmisi Transxəzər üzrə ilk səyahətinə başlayıb

53

Qazaxıstanın “Kazmortransflot” şirkətinə məxsus “Barys” konteyner gəmisi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Aktau-Bakı-Aktau marşrutu ilə ilk səyahətinə başlayıb.

“Report” bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (Bakı Limanı) istinadən xəbər verir.

Məlumatya görə, gəminin bu gecə Bakı Limanına çatacağı gözlənilir.